Həvəskar Astronomlar Cəmiyyəti, Planetarium və Şamaxı Astrofizika Rəsədxanasının dəstəyi ilə keçirdiyi “Merkurinin Tranziti” tədbiri.
Merkuri tranziti nadir astronomik hadisədir. Merkuri planeti Günəşlə Yer arasından keçdikdə Günəşin üzərində nöqtə kimi müşahidə olunur.
Tədbir nəticəsində bu nadir astronomik hadisənin şahidi yüzlərlə insanlar oldu. Bakı Dənizkənarı Bulvarda təşkil olunan tədbirdən görüntüləri təqdim edirik.