2025-ci ili ilk günlərində cəmiyyətimizin üzvləri bir araya gələrək yeni nöqtədə astrodüşərgə salmaq üçün yola düşdük. Şamaxı rayonunun Göylərdağ və Çöl Göylər kəndlərinin arasında olan dolayı yollar və aşırımların birində qış küləyindən qorunan bi yerdə düşərgə saldıq. Qış fəsilinin ortasında olmağımıza baxmayaraq ətrafda sanki bahar abu-havası var idi. Qış gecələri uzun olduğu üçün, astrokamplar üçün əlverişlidir. Gecə boyu şəkillər və bir çox astrofotolar çəkildi.