“Fundamental Astronomiya” kitabının təqdimatı keçirilib 

 Dekabırın 7-də Tusi-Bohm Planetariumunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində dünyaca məşhur “Springer Nature” nəşriyyatının çap etdirdiyi “Fundamental astronomy” (Hannu Karttunen, Pekka Kröger, Heikki Oja, Markku Poutanen, Karl Johan Donner) kitabının azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilmişdir. 

İlk olaraq Həvəskar Astronomlar Cəmiyyəti İctimai Birliyi tərəfindən təqdim edilmiş və müsabiqədə qalib olmuş “Astronomiya olimpiadasının üstünlüyü: Azərbaycan dilində STEM təhsil” adlı layihənin rəhbəri Famil Mustafa tədbir iştirakçılarını salamladı. Yaradılmış bu şəraitə görə Elm və Təhsil Nazirliyinin rəhbərliyinə, kitabın ərsəyə gəlməsində əziyyəti keçən bütün şəxslərə öz dərin təşəkkürünü bildirdi. Daha sonra tədbirə qatılan qonaqlar Bakı Dövlət Universitetinin “Astrofizika” kafedrasının müdiri f.-r.e.n., dosent Kəmalə Alışeva, kafedranın əməkdaşı f.ü.f.d, dosent Xıdır Mikayılov, AMEA-nın müxbir üzvü, Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi f.-r.e.d., professor Əyyub Quliyev, “Həvəskar Astronomlar Cəmiyyəti” İB-nin sədri Faiq Nağıyev çıxış edərək azərbaycan dilinə tərcümə olunmuş bu kitaba böyük ehtiyacın olmasını, onun vacibliyini vurğulamışlar. Qeyd edilmişdir ki, bu kitabdan ali məktəblərdə müəllim və tələbə heyyəti, respublika və beynəlxalq astronomiya olimpiadasına hazırlaşan şagirdlər, həmçinin astronomiyaya marağı olan digər şəxslər faydalana bilərlər. Gələcəkdə bu işlərin davamlı olmasını arzu etmişlər.

 Tədbirin sonunda layihə rəhbəri tərəfindən qonaqlara kitablar hədiyyə edilmişdir.

“Fundamental Astronomiya”  

Müəlliflər: Hannu Karttunen Pekka Kröger Heikki Oja markku Poutanen Karl John Donner. 

Orijinal: Springer Nature. 

Tərcümə: Həvəskar Astronomlar Cəmiyyəti. 

 Altıncı nəşrində olan bu uğurlu bakalavr dərsliyi, klassik və müasir astronomiya mövzularına uyğun və əhatəli giriş verir.  Qalaktika və qalaktikadankənar astronomiya, eləcə də kosmologiya üzrə fəsillər əvvəlki nəşrdən fərqli olaraq əhatəli şəkildə yenilənmişdir. Materiallar bu nəşrdə daha yeni nəticələri daxil etmək üçün yenidən işlənmişdir. Günəş sistemi haqqında olan uzun fəsil iki hissəyə bölünmüşdür: ilk hissə ümumi xassələrdən bəhs edir, digəri isə ayrı-ayrı obyektləri təsvir edir. Kitabın sonuna astrobiologiya fəsli ilə yanaşı ekzoplanetlər haqqında yeni fəsil əlavə edilmişdir. Təbiət elmləri üzrə olan ixtisaslar üçün uzun müddətdir əsas dərslik hesab edilən Fundamental Astronomiya, həm də həvəskar astronomlar üçün mükəmməl istinad və başlanğıc mənbəyidir. Bu səbəbdən müxtəlif növ göy cisimləri haqqında qısa xülasələr vermək üçün giriş bölməsi də genişləndirilmişdir.

Sifariş verin — 15 AZN

Tədbirlərimiz