17 sentyabr 2023-cü il tarixində, şənbə günü, yaxşı hava olmasından yararlanmaq məqsədi ilə Bakıdan yaxın olan Cəngi kəndinin həndəvərinə getdik. Məqsəd Nişimura kometini yaxalamaq idi. Əfsuslar olsunki, səmanın qərbi dumanlı idi. Nişimura kometini görmədik, Lakin buludsuz gecə səmanı seyr etmək və müxtəlif astroşəkillər çəkməyə imkan verdi.