
Biz kimik?
“Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyi 2021-ci ilin noyabr ayında rəsmi qeydiyyatdan keçmişdir. Lakin bizim həvəskar astronomlar klubu 2009-cu ildən fəaliyyət göstərərək bir çox tədbir, müşahidə, sərgi, seminar və digər kütləvi və elmi tədbirlər keçirmişdir. Klubun üzvləri daim Nərəddin Tusi adına Şamaxı astrofizika Rəsədxanası, Bakı Dövlət Universiteti, Tusi-Bohm Planetariumu, Azərkosmos, Təhsil Nazirliyi və digər qurumlarla birgə bir çox layihə və tədbirlər keçirmişdir.
Bizim missiya
Azərbaycanın həvəskar astronomlar cəmiyyətinin məqsədi bu sahədə elmi biliklərin artırılması, elmi-kütləvi tədbirlərin təşkili, maarifləndirmə və bu sahədəki elmi yeniliklərin geniş kütləyə çatdırılmasıdır.
- Kütləvi ictimai tədbirlərin keçirilməsi
- Elmi və Həvəskar müşahidələrin aparılması
- Elmin populyarlaşması üzrə fəaliyyət
- Bu sahəyə marağın artması və maarifləndirmə