Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulması baş verəcək.
🔹 Tam Ay tutulması — Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır. Qanlı rəng Ay üfüqdə olarkən daha “dramatik” görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.
🔹 Yarımkölgəli Ay tutulması sentyabrın 7-si saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək. Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.
Tədbirdə teleskoplarla canlı müşahidə, qısa izahlar və foto-məsləhətlər olacaq. Gəlin, ailə və dostlarla bu möhtəşəm səhnəni birlikdə izləyək — təhlükəsizdir, xüsusi eynək tələb etmir.
Tarix/Saat: 7 sentyabr, 20:30
Məkan: Park Bulvar AVM, 3-cü mərtəbə
Giriş: ödənişsizdir
✨ Məlumat: Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi çərçivəsində “Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyi tərəfindən təşkil olunur.
Tədbirin təşkilində Park Bulvar AVM, Tusi-Bohm Planetariumu, Bakı Dövlət Universiteti və Şamaxı Astrofizika Rəsədxanası iştirak edirlər.