9 May 2025-ci il tarixində, gözəl hava şəraitindən yararlanaraq, Bakı Dövlət Universitetinin əsas binasının həyətində unudulmaz bir astronomiya tədbiri keçirildi. Tədbir elmi-texniki yaradıcılıq Mərkəz və BDU-nun Astrofizika kafedrasının birgə təşkilatçılığı ilə rektorun şəxsən iştirakı ilə baş tutdu.

Tədbir çərçivəsində iştirakçılara bir neçə teleskop təqdim olundu və göy cismlərinin — xüsusilə Ayın — yüksək dəqiqlikli görüntüsü böyük ekrana köçürüldü. Həmçinin, cəmiyyətimizin üzvləri tərəfindən çəkilən astrofotoşəkillərdən ibarət maraqlı bir sərgi quraşdırıldı. Ziyarətçilər həm görüntüləri yaxından incələyə, həm də astronomiya mövzusunda suallarını mütəxəssislərə ünvanlamaq imkanı qazandılar.

Bu gün yalnız xəbərdarlıq xarakteri daşımırdı: tədbir zamanı BDU-da Astro dərnəyin fəaliyyətə başlaması rəsmi olaraq elan olundu. Yeni yaradılan bu dərnəyin məqsədi tələbələr və astronomiya həvəskarları üçün müntəzəm müşahidə layihələri, təlim-seminarlar və diskussiyalar təşkil etməkdir.

Tədbirlərimiz