“Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən, “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” adlı layihə çərçivəsində Bakı Dövlət Universiteti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə tələbələr və şəhid-qazi övladları üçün təşkil olunmuş Yay düşərgəsində “Astronomiya axşamı” adlı tədbir keçirildi. Tədbir iyul ayının 27-si, Bakı Dövlət Universitetinin Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində baş tutdu. Tədbirdə uşaqlar və gənclər üçün Astrofoto sərgisi, əyləncəli oyunlar və astronomiya mövzusuda maarifləndirici məlumatlar səsləndirildi. Axşam saatlarında isə teleskoplar vasitəsi ilə səma izlənildi və kosmos haqqda maraqlı söhbətlər aparıldı.