Müəlliflər: Hannu Karttunen Pekka Kröger Heikki Oja markku Poutanen Karl John Donner.
Orijinal: Springer Nature.
Tərcümə: Həvəskar Astronomlar Cəmiyyəti.
Altıncı nəşrində olan bu uğurlu bakalavr dərsliyi, klassik və müasir astronomiya mövzularına uyğun və əhatəli giriş verir. Qalaktika və qalaktikadankənar astronomiya, eləcə də kosmologiya üzrə fəsillər əvvəlki nəşrdən fərqli olaraq əhatəli şəkildə yenilənmişdir. Materiallar bu nəşrdə daha yeni nəticələri daxil etmək üçün yenidən işlənmişdir. Günəş sistemi haqqında olan uzun fəsil iki hissəyə bölünmüşdür: ilk hissə ümumi xassələrdən bəhs edir, digəri isə ayrı-ayrı obyektləri təsvir edir. Kitabın sonuna astrobiologiya fəsli ilə yanaşı ekzoplanetlər haqqında yeni fəsil əlavə edilmişdir. Təbiət elmləri üzrə olan ixtisaslar üçün uzun müddətdir əsas dərslik hesab edilən Fundamental Astronomiya, həm də həvəskar astronomlar üçün mükəmməl istinad və başlanğıc mənbəyidir. Bu səbəbdən müxtəlif növ göy cisimləri haqqında qısa xülasələr vermək üçün giriş bölməsi də genişləndirilmişdir.