2025-ci il oktyabrın 22-də, Xankəndidə keçirilən QHT Forumunda iştirak edən “Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyinin nümayəndələri “Qarabağ Universiteti"ni ziyarət edərək universitetin kitabxanasına cəmiyyətin son illərdə tərcümə etdiyi ən son və müasir astronomiya kitablarını hədiyyə ediblər.
Universitet rəhbərliyi göstərilən təşəbbüsə görə “Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyinə rəsmi təşəkkür məktubu ünvanlayaraq, bu cür maarifləndirici addımların əhəmiyyətini xüsusi qeyd edib.
Bu təşəbbüs elmin, xüsusilə də astronomiyanın təbliği və Azərbaycan dilində keyfiyyətli elmi mənbələrin əlçatanlığının artırılması istiqamətində atılan kiçik, lakin dəyərli addım kimi qiymətləndirilir.
Görüş zamanı gələcəkdə universitet ilə cəmiyyət arasında elmi əməkdaşlığın perespektivləri müzakirə olunub.




















