🌌 “Astronomiyada Əsas Anlayışlar” kitabının və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı!

21 oktyabr, saat 19:00-da, Park Bulvar Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən Tusi-Bohm Planetariumda elm və kəşflərlə dolu bir axşam sizi gözləyir!
Bu dəfə biz iki mühüm təqdimatla çıxış edirik:
📖 Yeni nəşr — “Astronomiyada Əsas Anlayışlar” kitabı
🎬 Və ilk dəfə nümayiş olunacaq sənədli film — “Fəza və Zamanın Elçiləri (Messengers of Time and Space)”

Tədbir Həvəskar Astronomlar Cəmiyyəti tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən
Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi çərçivəsində keçirilir. 🌠

📍 Yer: Tusi-Bohm Planetariumu, Park Bulvar, 4-cü mərtəbə
🕖 Tarix və saat: 21 oktyabr, saat 19:00

Elm, kosmos və ilham dolu bu axşamı qaçırmayın! ✨🔭

“Astronomiyada Əsas Anlayışlar” kitabının və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Tədbirlərimiz