
Bakı Dövlət Universitetində və Tusi-Bohm Planetariumunda VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında 22–23 iyul 2026-cı il tarixlərində keçirilmiş seçmə imtahanının nəticələrinə əsasən, XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2026) ölkəmizi təmsil edəcək 5 nəfərlik komandanın üzvləri müəyyənləşib.
İmtahan nəticələrinə əsasən, komandaya aşağıdakı şagirdlər daxil olublar:
Ərtoğrul Məhərrəmli — Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi;
Mehdi Qasımlı — Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi;
Xalid Ömərli — Bakı şəhəri, fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi;
Əlihüseyn Sadıqlı — Bakı şəhəri, fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi;
Orxan Tağıyev — Bakı şəhəri, fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi.
Olimpiada 25 sentyabr — 5 oktyabr 2026-cı il tarixlərində Vyetnamın Hanoy şəhərində keçiriləcək.
Azərbaycan komandası hər il olduğu kimi, bu il də nüfuzlu beynəlxalq olimpiadada Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə iştirak edəcək.
Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, MÜTDA Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən VI Azərbaycan Astronomiya Olimpiadası, həmçinin XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir.
Ölkəmizi təmsil edəcək komanda üzvlərinə uğurlar arzulayırıq!















