Azərbaycan Astronomiya Olimpiadasının qızıl və bürünc medalçısı, XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının mükafatçısı (Honourable Mention) və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda üzvü Oqtay Lətifli dünyanın 10 ən yaxşı universitetlərindən biri olan “University College London"-a Astrofizika ixtisası üzrə qəbul olunub. Oqtayı bu nailiyyəti münasibəti ilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
