19 may tarixində Bakı Dövlət Universitetində V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib.

Qeyd edək ki, aprel ayından etibarən Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən olimpiada qalibləri üçün hazırlıq dərsləri təşkil olunub. Bu dərslər XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq məqsədi daşıyıb və seçim imtahanının sualları məhz bu dərslərdə öyrədilən mövzular əsasında hazırlanıb.

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası hər il ənənəvi olaraq təşkil olunur və nüfuzlu beynəlxalq elm olimpiadaları sırasında yer alır. Olimpiada nəzəriyyə, məlumatların təhlili, teleskoplardan istifadə və digər praktiki raundlardan ibarətdir. Qaliblər medal və fəxri adlarla təltif olunurlar.

Seçim imtahanının nəticələrinə əsasən müəyyən edilən 5 nəfərlik komanda 11–21 avqust tarixlərində Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək. Seçilmiş şagirdlərin nəzəri və praktiki hazırlığı olimpiadaya qədər davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan məktəbliləri artıq 4 ildir ki, bu mötəbər olimpiadada iştirak edirlər və bu müddət ərzində 7 dəfə fəxri ada layiq görülüblər.

Azərbaycan komandası Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. V Azərbaycan Astronomiya Olimpiadası və hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir. Bu kimi layihələr gələcək alimlərin formalaşmasına və ölkəmizin elmi-intellektual inkişafına mühüm töhfə verir.

Olimpiada

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Bakı Dölət Universitetində V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Naxçıvanda V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

V Azərbaycan Astronomiya Olimpiadası: Final mərhələ

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

V Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

IV Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

IV Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Astronomiya üzrə III Məktəblərarası Repsublika Olimpiadası

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Olimpiada iştirakçılar üçün müşahidə təşkil olundu

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Şamaxı Astrofizika Rəsədxanasında olimpiadaçılar üçün hazırlıq düşərgəsi keçirilib

XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Azərbaycan Astronomiya Olimpiadasının qalibi University College London"-a qəbul olub