Həvəskar astronom olmaq və ya astronomiyaya maraqlanan bir çox insan bizə teleskop seçimi ilə bağlı müraciət edirlər. Bu məqalədə Sizin üçün faydalı bildiyimiz məlumatları bölüşürük.

Teleskop astronomiya və astrofotoqrafiya ilə maraqlananlar üçün məşhur optik alətdir. Uzaq planetləri öyrənmək istəyiniz varsa, şübhəsiz ki, qarşınızda sual yaranacaq: “Şəxsən mənim üçün hansı teleskop uyğundur?” Bu yazımızdada biz ilk teleskop alan zaman hansı modeli seçməyi və nəyə fikir verməyi  təhlil edəcəyik. Yeni başlayanlar üçün hansı böyütmə faktorunun kifayət edəcəyini öyrənəcək və hansı funksiyaların həvəskar və peşəkar müşahidələr üçün faydalı olacağını sizə xəbər verəcəyik.

   Dövrümüzdə  həvəskar astronomların istifadə etdikləri müasir teleskopların üç növü var: refraktorlar, reflektorlar və katadioptrik teleskoplar. Onların hər birinin öz üstünlükləri və mənfi cəhətləri var. Məsələn, reflektorlar dərin kosmosun tədqiqi üçün uyğun olan güzgülü teleskoplardır, refraktorlar isə gecə səmasının şəhərdə müşahidəsi üçün nəzərdə tutulmuş linzalı teleskoplardır. Öz növbəsində, katadioptrik teleskoplarda həm güzgülərdən, həm də linzalardan istifadə olunur ki, bu da müşahidələrin imkanlarını genişləndirir.

Bütün növ teleskopların aşağıda göstərilən ümumi xüsusiyyətləri var:

Nə cür teleskop alım? Ən çox verilən sualın cavabı. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Apertura

Bu termin teleskopun obyektivinin diametrinə aiddir. Bu göstərici nə qədər yüksək olsa, müşahidə obyektini  daha  ətraflı görə biləcəksiniz. Məsələn, planetləri görmək üçün təcrübəsiz astronom aperturası 75 mm və ya daha çox olmalıdır.    

Böyütmə dərəcəsi

Teleskopun növü və diametrindən sonra onun böyütmə dərəcəsinə diqqət yetirilməlidir. Bu göstərici dərəcə qatlarla ifadə olunur.  (30x, 50x və s.). Böyütmənin iki növü olur: faydalı böyütmə və seçilmiş okulyar vasitəsi ilə böyütmə. Birincisini hesablamaq çox sadədir — teleskopun diametrini  iki dəfə  çoxaltmaq lazımdır. İkincisi isə teleskopun fokus məsafəsinin seçilmiş okulyarın fokus məsafəsinə olan nisbətinə bərabərdir. Məsələn fokus məsafəsi 1000mm olan teleskopda fokus məsafəsi 10mm olan okulyarla baxanda böyütmə 100x olur. Unutmayınki  böyütmə nə qədər yüksək olarsa, müşahidə obyektində bir o qədər çox təfərrüat görünə bilər, lakin seçilmiş okulyar ilə böyütmə faydalı böyütmədən çox olmamalıdır. Əks halda müşahidə olunan obyektin təsvirinin  keyfiyyəti aşağı düçəcək.     

Nə cür teleskop alım? Ən çox verilən sualın cavabı. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az
Nə cür teleskop alım? Ən çox verilən sualın cavabı. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Fokus məsafəsi

Teleskopun millimetrlə ifadə olunan başqa bir vacib xüsusiyyətidir.Fokus məsafəsi artdıqca teleskopun böyütməsi də artır, lakin müşahidə olunan obyektin təsvir diametri azalır. Buna görədə teleskopun fokus məsafəsini seçərkən planlaşdırılan müşahidələrin məqsədini nəzərə almağı məsləhət görürük.    

Montirovka və yaxud Ştativ 

Montirovka və ya ştativ teleskopun optik trubasının bərkidildiyi qurğudur. Teleskop alarkən montirovka seçimi  mühüm rol oynayır. Montirovkalr da üç növdə olur. Azimutal, ekvatorial  və Dobson. Həvəskar astronomlar ən çox  azimutal və  ekvatorial montirovkalara üstünlük verirlər.     

Nə cür teleskop alım? Ən çox verilən sualın cavabı. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Bəs ilk teleskop alarkən ən çox nəyə fikir verməli və nəyi üstün tutmalıyıq? Bu suala cavab üçün aşağıdakı cədvələ diqqət yetirin.

Nə cür teleskop alım? Ən çox verilən sualın cavabı. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az


Məqsədinizdən asılı olaraq hansı teleskoplara üstünlük verməliyik: 

Birinci teleskop — ilk teleskopun rolu üçün 70 mm — 90 mm refraktor, 110 mm — 130 mm Nyuton reflektoru və ya 90 mm — 100 mm Maksutov-Cassegrain tövsiyə edə bilərik.

Uşaq üçün teleskop — adətən uşaqlar böyüklərə nisbətən alətlərə daha az tələbkardırlar. Ucuz 70 mm — 90 mm refraktorlar və reflektorlar uşağınıza Ay və nəhəng planetləri (Yuiter, Saturn) seyr etməyə imkan verəcək. 

Planet müşahidələri — ciddi planet kəşfiyyatı üçün 120 mm — 150 mm refraktorlar ən uyğun gələnidir. 

Dərin səma obyektlərinin müşahidələri — uzaq qalaktikaları, dumanlıqları və ulduz topalarını şəhərdən kənarda ekvatorial  və ya Dobson montirovkasında diametri 200 mm — 250 mm olan reflektorlardır. 

Universal teleskop — bu kateqoriyadan olan alətlər ən çox hansı obyektləri (yer və ya kosmik obyektlər) müşahidə edəcəklərinə nəhayət qərar verməmiş insanlar üçün nəzərdə tutulub. Onlar üçün optimal seçim 100 mm — 120 mm refraktor, 130 mm — 150 mm reflektor və ya 90 mm — 120 mm Maksutov-Cassegrain ola bilər. 

1 və 2 kateqoriyalar üçün bəzi teleskop modelləri:


Nə cür teleskop alım? Ən çox verilən sualın cavabı. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Celestron Astromaster 70AZ  

azimutal montajlı 70/900 mm refraktor

Bax
Nə cür teleskop alım? Ən çox verilən sualın cavabı. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Celestron Astromaster 90AZ  

azimut montajında ​​90/1000 mm refraktor

Bax
Nə cür teleskop alım? Ən çox verilən sualın cavabı. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Skywatcher Heritage 130P

FlexTube Dobsonian — 130 mm Parabolik Optik — 6 J-dan

Bax