Oktyabr ayının 25, gündüz saatlarında nadir astronomik hadisələrdin biri olan — qismən Günəş tutulması baş tutdu və Bakıda 60% tutulma görünməli idi. Lakin Günəş tutulmasından əlavə olaraq bəxtimiz də tutuldu. Belə ki, buludlar bu gözəl hadisəni seyr etməyə imkan vermirdilər. İmkan olduqca, buludların arasında birtəhər şəkillərini çəkə bildik.
Növbəti Günəş tutulması (bu da qismən) Bakıda — 2027-ci ildə baş tutacaq.    

Qismən Günəş tutulması — Bakı. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Astrofotoqrafiya