Bu ilin dekabr ayının 11-dən 12-nə keçən gecə nadir astronomik hadisə baş tutmuşdur. Orion bürcündəki Betelqeyse ulduzunun qarşısına 70km diametrdə olan Leona asteroidinin keçməsi müşahidə olunurdu. Bu hadisə, cismlərin biri-birindən uzaq olması ilə əlaqədar Yer üzərində nazik xətt üzərində müşahidə oluna bilərdi.
Cəmiyyətin üzvləri, bu hadisənin Azərbaycan ərazisindən görünməsi ilə əlaqədar Kəşfiyyat məqsədli kamp təşkil etmişdirlər. Coğrafi olaraq Qobustan rayonunun ərazisində yerləşən əlverişli ərazi təyin edilmişdir.

Həmin tədbirdən şəkilləri təqdim edirik.

PS: Qeyd edək ki, əfsuslar olsun ki, həmin nadir kosmik hadisənin müşahidəsi hava şəraitinə görə baş tutmadı.

Tədbirlərimiz