Haqqımızda. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Biz kimik?

“Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyi 2021-ci ilin noyabr ayında rəsmi qeydiyyatdan keçmişdir. Lakin bizim həvəskar astronomlar klubu 2009-cu ildən fəaliyyət göstərərək bir çox tədbir, müşahidə, sərgi, seminar və digər kütləvi və elmi tədbirlər keçirmişdir. Klubun üzvləri daim Nərəddin Tusi adına Şamaxı astrofizika Rəsədxanası, Bakı Dövlət Universiteti, Tusi-Bohm Planetariumu, Azərkosmos, Təhsil Nazirliyi və digər qurumlarla birgə bir çox layihə və tədbirlər keçirmişdir.  

Bizim missiya

Azərbaycanın həvəskar astronomlar cəmiyyətinin məqsədi bu sahədə elmi biliklərin artırılması, elmi-kütləvi tədbirlərin təşkili, maarifləndirmə və bu sahədəki elmi yeniliklərin geniş kütləyə çatdırılmasıdır.

  • Kütləvi ictimai tədbirlərin keçirilməsi
  • Elmi və Həvəskar müşahidələrin aparılması
  • Elmin populyarlaşması üzrə fəaliyyət
  • Bu sahəyə marağın artması və maarifləndirmə



İdarə heyəti

Haqqımızda. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Faiq Nağıyev

Faiq Nağıyev, 1978-ci ildə Bakı şəhərində dünyaya gəlib. Uşaq vaxtından səmaya və fotoqrafiyaya böyük marağı olub. Ali texniki təhsili və mühəndis sahəsində təcrübəsi olsa da hal-hazırda fotoqrafiya və dizayn ilə məşğuldur. Həvəskar Astronomlar Cəmiyyətinin sədridir. Çəkdiyi şəkillər bir çox xarici və yerli sərgilərdə iştirak edib, həmçinin Şamaxı Astrofizika Rəsədxanasının muzeyində təqdim olunub.

Haqqımızda. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Nadir Teymurov

1987-ci ildə anadan olub. Həvəskar astronomiya ilə uşaqlıqdan maraqlanır. 1997-ci ildə Heyl- Bopp kometin gəlişi və 1999-cu ildə tam Günəş tutulması onda astronomiyaya çox böyük həvəs oyadıb. 2007-ci ildə internet forumlarda, 2009-cu ildə isə Azərbaycanda ilk Həvəskar Astronomiya klubunu və internet səhifəsini yaradıb.

Haqqımızda. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Fərid Məmmədov

Fərid 1987-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. İxtisasca maliyyəçidir. Hazırda investisiya şirkətində direktor vəzifəsində çalışır. Fotoqrafiyaya həvəsi 9-10 yaşlarında, atası ona ilk fotokamerasını hədiyyə edəndə başlayıb. Fotoqrafiya üzrə ilk müəllimi də elə atası olub. Marağı həmişə daha çox təbiət və naturmort çəkilişlərinə olub. 2011-2012- ci illərdən Həvəskar Astronomlar Cəmiyyətinin üzvü olub və elə o zamandan sevdiyi fotoqrafiya janrlarına astro-foto da əlavə olunub. Astronomiya Həvəskarları klubu ilə bir çox müşahidələrə və ekspedisiyalara qatılıb və bu görüşlərdən həmişə müsbət emosiyalar və yeni fotolarla geri dönüb.   

Haqqımızda. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Kamran Enceladus

Kamran 1986-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının bakalvr və MBA proqramının magistraturasini bitirib. İxtisasca Java proqramçıdır. Fotoya həvəsi ushaqlıqdan yaranıb, lakin ilk fotokamerasını yalnız 2008-ci ildə əldə edib. Hal hazırda foto üzrə kurslar keçirir. Marağı həmişə daha çox portret janrında olub, xususi ilə də özünün topladıgı maskalarda çəkilmiş portretlər. Bundan başqa kosmosla maraqlanan, lakin məlumatı olmayan insanlar üçün pulsuz mühazirələr oxuyur. 2021-ci ildən Həvəskar Astronomiya Cəmiyyətinin üzvü olub və elə o zamandan sevdiyi foto janrlarına astro-foto da əlavə olunub. Cəmiyyət üzvləri ilə bir çox müşahidələrə və ekspedisiyalara qatılıb və həmişə yeni fotolarla geri dönüb.  

Haqqımızda. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Rüstəm Məmmədov

Rüstəm 1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Universitetinin bakalavr və Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pillələrini bitirib. İxtisasca auditordu. Hal hazırda audit şirkətində audit meneceri vəzifəsində çalışır. Astronomiyaya marağı məktəb vaxtlarından olub. 2014-cü ildə “Azərbaycanda astronomiya” söz birləşməsini google-da axtarışa verərkən, Həvəskar Astronomlar klubunun forumunu özü üçün aşkar eləmişdir.  

Haqqımızda. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Hüseyn Əliyev

Əliyev Hüseyn Oqtay oğlu. 1966-cı il 11 Fevralda Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. İxtisasca İT mühəndisdir. Hal hazırda “Idrak Teknoloji Transfer” şirkətində Departament müdürünün müavini vəzifəsində çalışır. Uşaq yaşlarından Astronomiya elminə böyük həvəsi olub. 2013-cü ildə Facebook sosial şəbəkəsində Azərbaycanda həvəskar astronomlar ilə tanış olmuşdur. 

Haqqımızda. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Arif Zamanov

Astronomiya ilə məktəb illərindən maraqlanır, ilk müşahidələri üçün teleskopu özü düzəltmişdir, sonradan Maksutov-Kassegren teleskopu əldə edib. Maraq dairəsi: astrofoto, astronomik avadanlığın mexanikası, radioastronomiya. 

Haqqımızda. Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Fuad Babayev

2011-ci ildən bəri həvəskar astronomiya və astrofoto ilə maraqlanır. Əsas istiqaməti — uzaq kosmos obyektlərinin cəkilişidir. İstifadə etdiyi avadanlıq — Nyuton sistemi Teleskop SkyWatcher 200mm x 1000mm, EQ5, GoTo avtomatik sistemi və Nikon D5100 fotoaparatıdır. Bütün şəkillər Azərbaycanda Qusar rayonun Qoxuroba kəndində yuxarıda qeyd olunan avadanlıq ilə cəkilib.