SKA-dünyanın ən böyük radiointerferometri

Dünyanın ən böyük radio-interferometrin tikilişinə başlanılıb. SKA – kvadrat kilometr sahəsi olan radio-teleskopdur, onun qəbuledici elementləri Avstraliyada və Cənubi Afrikada tikiləcək, bir kvadrat kilometr sahədə 131072 loq-periodik və 197 parabolik antena olacaq, iki qitədə yerləşən bu qəbul edici sahələr vahid radio teleskop kimi çalışacaq, qəbul olunan məlumat Böyük Britaniyadaki “Jodrell Bank” rəsədxanasına ötürüləcək. SKA teleskopu digər müasir radio teleskoplardan ən azı 50 dəfə daha güclü olacaq, tezlik diapazonu isə 50 Mhz – 15.3 Ghz arası olacaq. SKA teleskopunun bir hissəsini Yeni-Zelandiyada yerləşdirmək planlaşdırırlır, beləliklə göy cisimlərinin müşahidəsi on min dəfə daha tez olacaq. Əldə olunan məlumatın emalı güclü elektron hesablama avadanlığı tələb edəcək.
