Radio tezlikdə görünən səma

Gözlərimiz adi görünən spektrdə yox, radio tezlikdə görə bilsə idi, onda səmanı yuxarıda olan şəkildəki kimi görəcəkdik. Artıq bizim üçün adi olan ulduzları yox, məhz güclü radio şüa saçan obyektləri görə bilərdik, hətta ən güclü optik teleskopda görünməyən obyektləri. Radio diapazonda göy cismləri nəinki parlaq nöqtə kimi, hətta gördüyünüz buludlara bənzər formada görsənir. Bundan əlavə, adi vaxt göydə ən parlaq obyekt günəş olubsa, radio tezlikdə göydə biz birdən üç günəş görə bilərdik, çünki bizdən çox uzaq olan və adi gözlə görsənməyən iki göy cismi var ki onlar radio tezlikdə elə güclü şüa saçırlar ki parıltısı bizə yaxın günəşin parıltısı gədərdir, bu obyektlər Qu quşu və Kassiopeya bürclərində yerləşirlər. Qu quşu A- radio qalaktikadır, Kassiopeya A isə partlamış ulduzdan sonra əmələ gələn neytron ulduzdur.

Qu quşu A — vizual olaraq elliptik qalaktikadır və bizdən 600 milyon işıq ili uzaqlığındadır, bizim qallaktikadan xaricdə olan ən güclü radio şüa saçan obyektdir. 1939-cu ildə həvəskar radio-astronom Qrout Reber tərəfindən aşkar edilmişdi.

Kassiopeya A — bizim qalaktikada yerləşən, yerdən 11000 min il uzaqlığında olan ifrat yeni ulduzun qalığıdır, partlamadan sonra qalan müxtəlif maddələr buludu və mərkəzdə neytron ulduzdan ibarət Kassiopeya A müxtəlif mənbələrə görə təxmini 300 il qabaq partlayan nəhəng ulduzdur.

