Həvəskar astronomların yeni müşahidəsinin nəticələri
Azərbaycan həvəskar astronomlar cəmiyyətinin üzvləri hər bir sərbəst dəqiqələrini faydalı keçirirlər, əsas məqsəd — elmi işlər, yeni avadanlığın tətbiqi və göy cisimlərin müşahidəsidir. Meteoroloji və astronomik durum imkan verən kimi, həvəskar astronomlar elmi avadanlığı nəqliyyata toplayaraq böyük şəhərlərdən kənara yola düşürlər. Avadanlığın quraşdırılması və hazır vəziyyətə gətirilməsi bir qədər vaxt tələb edir, və bu vaxt müşahidə olunan obyektin fəzanın görünən hissəsinə gələnə qədər bitməlidir, bundan sonra saatlarla müşahidə aparılır. Hidrogen, Oksigen, Kükürd və sair elementlərin şüasını teleskoplar vasitəsi ilə toplayaraq, həvəskar astronomlar kompüterdə emal edib geniş auditoriyaya təqdim edirlər.





