Azərbaycanın həvəskar astronomlar klubu, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanası və EkoSfera SEC – aya ilk insanın yenməsinin 50-ci il dönümünü qeyd etmək məqsədi ilə Bakı şəhərində Heydər Əliyev adına mərkəzin qarşısında geniş içtimayət üçün ayı müşahidə etmək fürsəti yaradıblar. Klub üzvləri tərəfindən geniş növ teleskoplar meydana gətirilmişdi, teleskopların qurulma prosesi özüdə maraq doğurandı, burada dəqiq tarazlama və kordinatların daxil edilməsi böyük əhəmiyyət daşıyır. Və nəhayət gün batandan sonra ən maraqlı anlar başlayır. Astroklubun üzvləri uşaqlara və böyüklərə həm teleskoplar barəsində həm də müşahidə edilən göy cismləri haqqında geniş və maraqlı məlumat veriblər.