Daniel K. İnauye (DKİST) teleskopun Havainin Maui adasında 2013-cü ildə inşası başlamışdı, ilk görüntü isə 2020-ci ildə alındı, çunki bu cür mürəkkəb teleskopun təkçə optikası illər ərzində hazırlanır, dəqiq optik şüşənin tam formaya gətirməsi, soyuması, xamarlanması, metal konstruksiyanın və mexanizmlərin qurulması, nəhayət elektron avadanlığın və elmi cihazların tənzimlənməsi 7 il vaxt tələb edib. Teleskopun əsas güzgüsünün diametri 4 metrdir, müşahidə isə əsasən yaxın infraqırmızı diapazonda nəzərdə tutulub. Nəhayət alınmış günəşin şəkilləri o qədər keyfiyyətli olub ki, günəş üzünün strukturu dəqiq qranul kimi olduğunu görmək olur. Bir qranulun təxmini sahəsi ABŞ-ın Texas ştatı qədərdir, qranul günəş səthindən qalxan yüksək dərəcəli plazmanı bildirir, ətrafı isə enən və soyuyan olduğuna görə daha tünd görsənir.