Voyager-2 ulduzlar arası kosmik stansiyası artıq günəş sisteminin hüdudlarını tərk etmək üzrədir, bu stansiya tam olaraq avtomatikdir, göyərtəsində yerləşən nüvə reaktoru onu enerji ilə təmin edir, hal hazırda Voyager-2 nin əsas vəzifəsi günəş sisteminin xaricindəki ətraf mühit barəsində məlumatı yerə ötürməkdir. Yerdən 18,5 milyard km məsafəsində olan Voyager-2 ilə əlagəni Avstraliyada yerləşən Uzaq Kosmik Rabitə Kompleksinin nəzdində olan DSS-43 70-metrlik parabolik antena təmin edir. Bu antena artıq 48 ildir ki işləyir, və qəflətən sıradan çıxma ehtimalını aradan götürmək üçün mühəndislər antenada profilaktik işlər aparmaq üçün onu 11 ay müddətinə dayandırıblar. Kompleksin digər üç 34 metrlik antenaları yalnız Voyager-2 dən gələn məlumatı gəbul edə bilirlər amma məlumat ötürməyə malik deillər. Hal-hazırda Voyager-2 tam avtomatik rejimə keçirilib, və hər hansı bir hadisə baş verəndə onun kompüteri sərbəst qərar verəcək.