Voyager-2 kosmik aparatı 1977-ci ildə fəzaya buraxılıb, İlk olaraq Voyager-2 günəş sisteminin nəhəng qaz planetlərinin müşahidəsini aparıb, hər planetə çataraq Voyager-2 həmin planetin cəzibə qüvəsini istifadə edərək sürətini artırıb və istiqamətini tənzimləyib, Voyager-2 yerə Yupiter, Saturn, Uran və Neptunun mükəmməl şəkillərini göndərib, kosmik aparatın vasitəsi ilə həmin planetlərin yeni peykləri qeydə alınıb. 2020-ci ilin əvvəlinə Voyager-2 artıq yerdən 18,5 milyard kilometr uzaqığa çatıb, o günəş sisteminin sərhədlərini tərk etmə istiqamətindədir, Günəş sisteminin sərhədlərini öyrənmək üçün Voyager-2 ətraf maqnit sahəsini xüsusi cihaz ilə ölçməlidir, bu cihazı isə ilk olaraq tənzimləmək lazımdır, bunun üçün Voyager-2 öz ətrafında fırlanmalıdır, lakin o bunu etməyib. Yerdəki mütəxəssislər bunun səbəbini məhz voyagerin sistemində enerji qıtlığı olduğuna görə baş verdiyini öyrəniblər, qıtlığı hiss edən Voyager-2 nin sistemi avtomatik olaraq bütün funksiyaları söndürüb. Yaranmış vəziyyətdən çıxmaq üçün yerdəki mütəxəssislər Voyagerin göyərtəsində hərəkət üçün lazım olmayan avadanlığı söndürüb kosmik aparatı yenidən hərəkətə salıblar. Qeyd etmək lazımdır ki hal hazırda yerdən Voyager-2 yə göndərilən radio siqnal 34 saat sonra geri qayıdır.