John Bally_nin idarəsi altında olan Kolorado universitetindən bir qrupdan olan astronomlar ALMA radioteleskopu ilə aparılan müşahidə nəticəsinda 500 il əvvəl iki gənc protoulduzların toqquşması nəticəsində baş vermiş nəhəng partlayışın şəkilini alıblar. Bu partlayış Orion dumanlığında müşahidə olunub və Yerdən 1500  işıq ili məsafəsindədir. Partlayışdan sıçrayan qaz və toz saniyədə 150 km ilə hərəkət edir, əmələ gələn enerji isə Günəşin 10 milyon il ərzində ifrac etdiyi enerjiyə bərabərdir.