Bütün dünyada Astronomiya sevənlər və sadəcə sərbəst vaxtını maraqlı və bol emosiyalı keçirmək istəyənlər üz tutur yerli planetariumlara, Astronomiyanın Azərbaycanda qədim zamanlardan əsas inkşaf edən elm olduğuna baxmayaraq hətta sovet dönəmində planetarium mövcud olmamışdı, yalnız 21-ci əsrdə Bakı şəhərində bu gözəl məkan fəaliyyətə başlamışdı.  Tusi Bohm Planetarium ”Azərbaycanda son nəsil texnologiya ilə təchiz olunmuş ilk planetariumdur. Burada“4K” prinsipi əsasında işləyən çox güclü və dəqiq proyektor sayəsində 10 metrlik ekranda alınan təsvir vasitəsilə tamaşaçılar kosmosun ənginliklərinə səyahət edə bilərlər. İnsanların maariflənməsinə xidmət edən planetarium bütün yaş qrupları üçün nəzərdə tutulub. Zalın tutumu 58 nəfərlikdir . Filmlərimiz 25-30 dəqiqəlikdir , bu zaman çərçivəsin də kosmosa vizual olaraq səyahət etmək olar. Planetariumun proqram təminatı milyon illər ərzin də baş vermiş prosesləri qısaldıb izləmək üçün səmanın istənilən yerinə istənilən anda səyahət etməyə və mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verir. Burada filmlər, cizgi filmləri, kosmosa səyahət və elmi-maarifləndirici sənədli filmlərlə yanaşı, ekskursiya rəhbəri tərəfindən hazırlanmış xüsusi şou-proqramlarda təşkil olunur. Bundan əlavə Tusi-Bohm planetarium Azərbaycanda elmi sevən gənclərin və Bakıdaki Astroklubun üzvlərinin sevimli yeridir, burada gənclər toplaşaraq elm və Astronomiyayla bağlı mühazirələr keçirir və təcrübəli elm adamlarının gördükləri işlərlə tanış olurlar, həvəskar Astronomlar isə öz avadanlıqları və çəkdikləri astroşəkillərdən ibarət sərgilər təşkil edirlər. Planetariumla yaxından tanış olmaq üçün Bakı bulvarında yerləşən Park Bulvar ticarət mərkəzinin 4-cü mərtəbəsinə buyurmalısınız.

http://www.planetarium.az/

https://www.facebook.com/Tusi.Bohm.Planetarium/