Space X şirkəti öz böyük planlarının növbəti mərhələsini artıq gerçək etdi, böyük dövlətlərin prioritet sayılan kosmik proqramını artıq özəl şirkət yerinə yetirməyə başlayır. İndiyə qədər daşıyıcı roketlərin yerə qayıtmaları mümkünsüz olduğuna görə böyük xərc tələb edən kosmik proqramlar yalnız dövlətlərin büdcəsi sayəsində yerinə yetirilirdi, amma texnologiyaların inkişafı artıq bu çatışmamazlığı aradan götürür. Space-X şirkətinin icad etdiyi yeni nəsil daşıyıcı roketlər öz mühərriki hesabına fəzaya qalxandan sonra böyük dəqiqlik ilə yerə qayıdır, artıq kosmik stansiyaya yüklərin və süni peyklərin daşımasını yerinə yetirən Space-X şirkəti öz Falcon roketi və icad etdiyi Dragon kosmik gəmisi vasitəsi ilə may ayının 30 -da ilk astronavtları beynəlxalq kosmik stansiyasına göndərdi.