Astronomiya dedikdə təsəvvür etdiyimiz adətən optik teleskoplardır, optik astronomiya – yəni göz ilə görünən elektromaqnit spektr daxilində qəbul etdiyimiz şüalanma nəzərdə tutulur, təəssüflər olsun ki  bu şüalanmanı ötürən elektromaqnit dalğaların uzunluğu maneələri keçmək qabiliyyətində deyillər, və göy cisminin qarşısında toz və dumanlıq olduqda artıq optik astronomiya üçün çətinlik yaranır, burda artıq infraqırmızı yaxud radio teleskopun tətbiqi məqsədəuyğundur. Radioteleskopun əsas elementləri qəbuledici qurğu və radiodalğaları emal edən avadanlıqdır, bunlarla yanaşı radiodalğaların fokuslanması üçün metal güzgülər istifadə olunur. Göy cisimlərin radio şüalanmasını ilk icad edən amerikalı alim mühəndis Karl Yanski olub. O, 20-ci əsrin əvvəlində atmosferdəki şüalanmanı araşdıraraq naməlum siqnallar qəbul edib və bu siqnallar yerin fırlanma periodu ilə dəyişkən olub. Sonradan həmin şüalanmanın bizim qalaktikanın mərkəzindən saçdığı müəyyən edilib. Karl Yanskinin araşdırma sahəsi başqa olduğuna görə astronomiya sahəsində araşdırmaları geniş olmayıb. Göy cisimlərin radio şüalanma spektorunda müşahidəsi ideyası daha sonra həvəskar astronom Grote Reber tərəfindən davam edilib, Grote Reber düzəltdiyi radioteleskopda məhz fokuslayıcı güzgü konstruksiyasını istifadə edib. Radioteleskopların qəbul etmə qabiliyyəti məhz fokuslayıcı güzgünün sahəsindən, qəbul edici qurğunun və emal edici avadanlığın gücündən asılıdır. Radio astronomiya ilə həvəskarlar da məşğul olur, bunun üçün onlar xüsusi qəbuledici antenalar düzəldirlər yaxud hazır parabolik antenalarda müəyyən dəyişikliklər edib radioteleskop kimi istifadə edirlər. Müasir radioteleskoplarda fazalı qəfəs texnologiyasından istifadə olunur, beləliklə məsafədə yerləşən radioteleskoplar vahid qəbul edici sistem kimi çalışırlar, bu zaman qəbul edilən təsvirin icazəsi qəbuledicilərin yerləşdiyi ərazinin böyüklüyündən və bu sahədə yerləşən qurğuların sayından asılıdır. Radioteleskopun yerləşməsi üçün əsas şərt yerdə mövcud olan digər elektromaqnit şüaların minimum olmasıdır, bunlar kimi yerli radiostansiyalar və rabitə vasitələri sayılır. Radioastronomiya sahəsində tədqiqatlar üzrə aparıcı yerlərdə ABŞ, Avstraliya, CAR, Çili və Rusiya kimi ölkələr yer tutur. Hazırda fokuslayıcı güzgünün diametrinə görə ən nəhəngi Çin Xalq Respublikasında quraşdırılan FAST radioteleskopu sayılır, onun diametri 500 metrdir. Gələcəkdə Azərbaycanda radioteleskopun yerləşdirilməsi və ümumiyyətlə radioastronomiya sahəsində tədqiqatların başlaması çox perspektivli sayılır, bunun üçün Azərbaycanda elmi və texniki baza mövcuddur.

Karl Yanski kosmosdan gələn ilk radiodalğaları gəbul edir

İlk radioastronom Grote Reberin teleskopu

Avstraliyadaki Parks radio teleskopu

Fazalı Qəfəs sistemi

Çindəki FAST-500 radio teleskopu

 

Həvəskar radio astronomiya

Radio teleskopla alınan təsvir