Pulsarlar – tez fırlanan neytron ulduzlardı, onların maqnit sahəsi firlanma oxuna görə müəyyən bucaq altında yerləşir – məhz buna görə onlardan gələn siqnallar yerdə modulyasiya olunmuş müəyyən tezlikli siqnal kimi qəbul olunur. İlk dəfə astronomlar bu siqnalları 1967-ci ildə radioteleskop vasitəsi ilə qəbul ediblər, siqnalların çox stabil tezlikdə olduğuna görə hətta onların süni olduğu barədə fikirlər yaranmışdı və onlara “kiçik yaşıl insanlar” şərti ad qoyulmuşdu. Pulsarların kainatda ən stabil və dəqiq sıqnal mənbəyı olduğuna görə müassır zamanədə onları saat və kordinatların tənzinlənməsi üçün istifadə edirlər, hətta pulsarlardan qəbul olunan müəyyən tezlikli siqnalları toplayıb müsiqi almaq mümkündür. Məhz belə bir müsiqini beynəlxalq “Radioastron” proyektinin astrofizikləri yaza biliblər, onlar siqnalların qəbulu üçün “Spektr-R” kosmik radioteleskopdan istifadə ediblər.