14 aprel 2020-ci ildə NASA-nın “Parker Solar Probe” heyəti ikinci elmi məlumat toplusunu ictimaiyyətə təqdim edib. Təqdim olunan elmi verilənlər bazası “Parker Solar Probe”un Günəş ətrafında 18 iyun 2019 cu il tarixində başlayan və 15 noyabr 2019 cu il tarixində tamamlanan üçüncü orbitindən hər 4 cihazı vasitəsi ilə alınan məlumatları əhatə edir. Bura “FIELDS” və “SWEAP” cihazlarından alınmış yüksək keyfiyyətli ölçmələr də daxildir.

Verilənlər bazasına aşağıdakı linklərdən daxil olmaq olar:
https://spdf.gsfc.nasa.gov/
https://umbra.nascom.nasa.gov/index.html/

Missiyanın birinci orbitinin yeni nəticələri 12 dekabr 2019 cu ildə “Nature” jurnalında (https://www.nature.com/nature/volumes/576/issues/7786) və “Astrophysical Journal Supplement Series” jurnalının xüsusi buraxılışında (https://iopscience.iop.org/journal/0067-0049/page/Early_Results_from_Parker_Solar_Probe) çap olunmuşdur. “Parker Solar Probe” müşahidələri, Günəşin səthinə yaxın mürəkkəb və fəal maqnit konfiqurasiyası, həmçinin Günəş küləyindəki həyəcanlaşmalara səbəb olan maqnit sahəsinin geriyə qısa qapanması kimi önəmli hadisəni müəyyən edib. Bu geriyə qısa qapanmalar Günəş küləyi plazmasının qızmasının və sürətlənməsinin əsas səbəbi ola bilər.

Bu günə qədər “Parker Solar Probe” Günəş ətrafında planlaşdırılan 24 orbitdən dördünü tamamladı. Sonda Günəş səthinə təxminən 6 milyon km yaxınlaşaraq həddindən artıq istilik və radiasiya ilə üzləşəcəkdir. Missiyanın məqsədi Günəş fəallığı və Günəş tacı barədə yeni məlumatlar təqdim etməkdən, Yerdəki həyata təsir edən kosmik hava hadisələrini proqnozlaşdırmaqdan ibarətdir. “Parker Solar Probe” 2018-ci ildə istifadəyə verilib və əsas elmi missiyasını 2025-ci ilə qədər davam etdirəcəkdir.

Justyna Surowiec
Con Hopkins Universitetinin Tətbiqi Fizika laboratoriyası

Şəkil. “Parker Solar Probe” Günəşə yaxınlaşır – Rəssam təxəyyülü. Müllif: NASA / Johns Hopkins APL / Steve Gribben