Foto: Nadir Teymurov (Həvəskar Astronomlar Cəmiyyəti)

Foto: Nadir Teymurov (Həvəskar Astronomlar Cəmiyyəti)

Bu barədə Yer üçün potensial təhlükəli asteroidlərin izlənilməsini həyata keçirən Project Pluto layihəsinin yaradıcılarından biri Bill Qrey bildirib. Mütəxəssislərin hesablamalarına görə, səthlə toqquşma martın 4-də baş verəcək.
Qəribə obyektin uçuş tarixini diqqətlə öyrənən Qrey əmin olub ki, o, Çinin Long March-3C raketinin qalıqlarıdır və daha əvvəl söylədiyi Amerikanın Falkon 9 raketi ilə heç bir əlaqəsi yoxdur. Məhz bu obyekt 2022-ci il martın 4-də Ay ilə toqquşacaq. Toqquşma Yerin təbii peykinin ekvatorunun yaxınlığında, onun əks tərəfində baş verəcək.
“Changzheng-3C” daşıyıcı raketi 2014-cü il oktyabrın 23-də Çinin Xichang kosmodromundan (Siçuan əyaləti) buraxılıb. O, Çin avtomatik Ay stansiyası Chang’e-5T1-i kosmosa çatdırıb
Gözlənilir ki, hazırda Ay ətrafında dövr edən süni peyklər peykin Ay səthi ilə toqquşma yerini çəkə biləcəklər. İlk növbədə, bu, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) orbital aparatı olan Lunar Reconnaissance Orbiter və Hindistanın Chandrayann-2 stansiyasına aiddir.