James Webb-lə alınan yeni təsvir
Qartal dumanlığı (M16) bizə çox tanışdır, xüsusi ilə onun «Yaradılış sütunları» adlanan hissəsi, niyə məhz belə adlanır bu hissə? Ümumiyyətlə qartal dumanlığı soyuq Hidrogen və tozdan ibarət dumanlıqdır, cazibə qüvvəsi nəticəsində cəmləşən bu hissələrdən yeni ulduzlar yaranmağa başlanır, məhz sıxılma və qızma nəticəsində hidrogen nüvəsində termo-nüvə reaksiyası başlayır, bu sintez nəticəsində hidrogen nüvəsindən daha ağır elementlər alınır və böyük həcmdə enerji ətrafa yayılır, məhz belə yeni ulduzlar yaranır. Bundan əvvəl Qartal dumanlığının təsvirlərini biz yalnız adi gözlə görünən spektrdə almışdıq, ən yadda qalan təsvir ilk olaraq 1995-ci ildə Hubble teleskopu ilə alınmış, sonradan 2014-cü ildə isə həmin teleskopla yenidən daha yüksək icazəli alınmış təsvirlər idi. Bu təsvirlərdə biz ətrafda çox sayda ulduz görə bilərik, lakin gözlə görünən spektrda çox incəliklər dumanlıq arxasında görsənmir. Yeni James Webb teleskopu ilə infraqırmızı spektrdə alınan təsvirlərdə artıq bu incəlikləri görə bilərik, məsələn Yaradılış sütunlarının yuxarı hissəsində tünd boz buludlara bürünmüş qırmızı ulduzlar — gənc ulduzlardır, yaşlı ulduzlar əksinə artıq öz ətrafında dumanlığı məhv edib və göy rəngdədirlər. James Webb göyərtəsində iki infraqırmızı foto-kamera daşıyır, bunlar NİRCam (yaxın infraqırmızı) və MİRİ (orta infraqırmızı) diapazonlarda işləyən kameralardı, gördüyümüz kimi artıq MİRİ ilə çəkilən təsvirlərdə çox sayda ulduzlar görsənmir, çünki onların parıltısı orta infraqırmızı diapazonda çox zəifdir.

Ayrı diapazonlarda çəkilən təsvirlərin fərqini aşağıda görmək olar
