Astronomiya kimi elm barəsində eşidəndə insanın ağlına çətin, nəzəri, texniki tərəfdən əlçatmaz bir elm gəlir, təbii ki belə bir sərbəst vaxt keçirmə üsulu ümumiyyətlə fikirə gəlmir. Amma əslində bu belə deyil, bütün elmlər arasında məhz Astronomiya dünyada ən çox sayda insanın maraq dairəsinə daxildir. Təbiət bizə bu elmlə məşğul olmaq üçün daimi ixtiyarımızda olan – səma adında laboratoriya yaradıb, bizə yalnız müşahidə etdiyimiz sahəyə əsasən cihaz seçməyimiz qalır. Göy cismləri haqqında məlumatı biz həmin obyektlərdən görünən və ya görünməz şua kimi qəbul edirik. Görünən sahədə müşahidə aparmaq üçün – optik, görünməz sahədə isə İnfraqırmızı, radio, ultrabənövşəyi, rentgen və qamma teleskoplardan istifadə olunur. Məhz bu elm sahəsində çox sayda həvəskar olduğuna görə astronomik cihazların ev şəraitində hazırlanması üzrə geniş sayda yazılı və video mənbəələr mövcuddur. Həvəskar astronomlar teleskopları ilə müşahidə aparmaq üçün sadəcə olaraq vizual baxımnan əlverişli yer seçirlər və müşahidəyə başlayırlar. Vizual müşahidə zamanı səmada adi gözlə görsənməyən təbiətin möcüzələri üzə çıxır, bunu təsvirə almaq üçün isə fotokameralardan istifadə olunur. Bütün dünyada olduğu kimi Azərbaycanda da Astronomiya elmi gədim tarixə və müassir texnologiyalara malikdir, bununla yanaşı isə ölkəmizdə həvəskar Astronomiya ilə məşğul olanlar mövcuddur. Həvəskar astronomiya dərnəyi ölkəmizdə 50-ci illərdən mövcuddur, Bakı astronomiya dərnəyi öz nailliyətləri ilə bütün sovet məkanında tanınırdı, Azərbaycanlı həvəskar astronomlar burada müşahidə üçün teleskopları özləri düzəldirdilər.

Müassir dövrdə isə texnologiyaların və logistikanın inkişafı həvəskar astronomlara cihazların əldə edilməsi üçün geniş imkanlar yaradıb. Həvəskar astronomlar etdikləri müşahidələr və tətqiqatlar zamanı göy cismlərin əldə olunan təsvirlərini geniş auditoriyaya təqdim edirlər.