Günəş tutulması.
2022 –ci il Oktyabr ayının 25-də Günəş tutulması baş verəcək. Bu tutulma 2022 -ci ilin ikinci qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində müşahidə olunacaq.
Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq. Bakı üçün tutulma hadisəsi saat 13:59:38- də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.