Göy cisimlərinin müşahidəsi daimi insanların marağını doğurub, və müşahidə edən insanlar gördükləri cisimlərin təsvirini saxlamaq və digərlərinə nümayiş etmək həvəsində olublar. Alınmış təsvirlərin üzərində sonradan elm adamları hesablamalar aparıb və yeni kəşflər edirdilər. İlk astronomik təsvirlər təbii ki kağız və sair daşıyıcı üzərində gələm, kömür və mürəkkəb ilə edilmişdi. İlk teleskopun icadından cəmi 50 il sonra Niderland astronomu Kristian Hüygens teleskopla Saturn planetini müşahidə edərək 1659-cu ildə onun halqalarının təsvirini çəkib.

Kristian Hüygens saturnun təsviri

19-cu əsirdə kimyəvi fotoşəkilin icadından sonra artıq bu texnologiyanın göy cisimlərinin təsvirini almaq cəhdləri edilmişdi. İlk astronomik fotoşəkili 1840-cı ildə Amerikada yaşayan alim Con Vilyam Dreper tərəfindən alınmışdı, kimyəvi lövhəli fotoaparatı teleskopa birləşdirərək ay səthinin şəkilini çəkmək mümkün olmuşdu.

Con Vilyam Dreper Ayın foto şəkili

Daha sonra fotoşəkilin alınması texnologiyası inkişaf etdikcə astronomlar daha mükəmməl keyfiyyətli astronomik şəkillər almağa başladılar. Fototexnika istehsal edən şirkətlər xüsusi olaraq astronomlar üçün böyük ölçülü foto-lövhələr və teleskoplarda – xüsusi ilə “Şmidt” sxemli astroqraflarda quraşdırılan foto kameralar istehsal etməyə başladılar.

Foto-şəkil çəkən mexanizm ilə təchiz edilmiş Şmidt kamerası

Məhz vaxt fərqi ilə alınmış astronomik foto-şəkillərin baxışı zamanı 1930-cu ildə astronom Klayd Tambo kiçik planet olan Plutonu kəşf etmişdi.

Klayd Tambo – plutonun kəşfi

Rəqəmsal texnologiyanın inkişafı ilə artıq təsvirin alınması yarımötürücü sensor ilə mümkün olmuşdu. Bu texnologiya çox əlverişli idi, astronomlar artıq astrometriya və astrofotoqrafiya alınması üçün daha az vaxt sərf etmə, nəticənin alınması zamanı daha dərin tənzimləmə etmə, nəticənin sonradan emalı və saxlanması üçün daha rahat olmasını əldə etmişlər. Rəqəmsal şəkilçəkmə texnologiyası çox sürətli inkişaf edirdi, alınan nəticənin keyfiyyəti qısa müddətlər ərzində böyük sıçrayışlar edirdi, belə ki 2000-ci illərdə artıq rəqəmsal şəkilçəkmə astronomiyada kimyəvi şəkilçəkməni tam əvəz etmişdi. Əgər kimyəvi şəkilçəkmədə alınan təsvirin keyfiyyəti lövhənin yaxud lentin zərrəciklərin sıxlığı və ölçüsündən asılı idisə rəqəmsal texnologiyada bu keyfiyyət yarımötürücü sensorun piksel sayından və qurulma texnologiyasından asılıdır, bu günə həvəskar astronomik rəqəmsal kameralarda piksel sayı bir kvadrat düymə yüz milyona çatdığı zaman, rəsədxanalar üçün hazırlanan xüsusi kameralarda bu rəqəm bir milyardı ötür. Yarımötürücü sensorların hazırlanma texnologiyası da daimi inkişaf edir, bunlar əsasən iki tipli texnologiyadır – CCD (foton qəbul edici piksellər və vahid elektron ötürmə) və CMOS (hər pikselin ayrı elektron ötürmə sxemi). Astronomik kameraların sensorları təyinatına əsasən həm rəngli həm də ağ-qara olur, onlar soyutma sistemi ilə və rəngli filtrlər ilə təchiz olunur.

Rəqəmsal kamera və rəngli filtrlar

Həvəskar astronomlar üçün dünyanın bir çox ölkəsində ayrı istehsalçılar tərəfindən xüsusi astronomik rəqəmsal foto-kameralar istehsal olunur, bunlardan əsas markalar SBIG, Apogee, ATIK, FLI, Orion, QHY, QSI, Starlight Xpress və ZWO kimi brendlərdir. Rəqəmsal astronomik kameralar əsas iki tipə bölünür – sürətli planetar kameralar və böyük icazəli uzaq kosmos kameraları. Bundan əlavə çox sayda həvəskar astronomlar öz teleskoplarını ənənəvi rəqamsal foto-aparatlarla təchiz edib möhtəşəm təsvirlər əldə edirlər, bu münasibət ilə məşhur istehsalçılar “Nikon” və “Canon” şirkətləri xüsusi olaraq həvəskar astronomlar üçün nəzərdə tutulmuş modelində “A” hərfi olan rəqəmsal kameralar təqdim edirlər.

Həvəskar foto-kamera ilə astrofotoqrafiya

Bu gün həvəskar astronomlar tərəfindən alınan göy cisimlərinin təsvirləri peşəkar astronomları belə heyrətləndirir, Azərbaycan Həvəskar Astronomlar Cəmiyyətinin üzvlərinin çəkdikləri astro-fotolar ilə http://astronomy.az/qalereya/ keçidlə bizim qalereya bölməsində tanış ola bilərsiniz.