Hər dəfə istəyir insan, peyk yaxud hər hansı faydalı yük göyə qalxarkən düşünmüşsünüz ki bu necə həyata keçir? , təkcə daşınan yük 140 tona çata bilər, hesab edin ki bir neçə dəqiqəyə qatar lokomotivini yer ətrafı fəzaya qaldıra bilən bir güc mövcuddur, bu güc – raket mühərrikidir. Tarixə baxsaq – ilk raket mühərriklərini qədim çində yaranan fişənglərlə əlaqələndirmək olar, lakin yer ətrafı fəzaya yük qaldırmaq yalnız 20-ci əsrdə reallaşıb. Konstantin Siolkovskinin nəzəri işləri və Robert Goddardın texniki ixtiraları 50-ci illərin axırına kosmik fəzanı əlçatan etdi. Tarixin ən güclü kosmik raketi “Saturn-5” sayılır, bu raket ABŞ-ın APOLLO proyektində işlənilib, və insanı aya çatdıran raketdir, onun qüvvətli F-1 mühərrikləri “Rocketdyne” şirkəti tərəfindən istehsal olunmuşdu. Kosmik gəmini yerdən fəzaya qaldırmaq üçün əsasən iki növ kimyəvi raket mühərriki işlədilir – bərk və maye yanacaqlı, artıq açıq kosmosda təyinata əsasən digər tipli mühərriklər işlədilə bilər, məsələn nüvə, plazma, elektron və sair, bu mühərriklər kimyəvi mühərriklər kimi güclü deyil amma onlara nisbətən daha qənaətli və uzun ömürlüdür.

F-1

Raptor

Nüvə mühərriki