
III Məktəblilərarası Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının qalibləri elan olunub. Mayın 14-də Bakı Dövlət Universitetində (BDU) keçirilən olimpiadanın məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır. Təşkilat Komitəsinin qərarına əsasən, maksimal […]