Azərbaycan həvəskar astronomlar cəmiyyətinin üzərinə götürdükləri öhdəliklərdən biri – gənclərin və uşaqların astronomiyaya bir elm kimi maraqın yaradılmasıdır, uşaqların sərbəst vaxtlarının maraqlı keçməsi və gələcək həyatlarını elm ilə bağlamaq üçün astroklub üzvləri şəxsi teleskopları ilə ictimai yerlərdə razılaşdırılmış tətbirlər keçirirlər. Uşaqlar göy cismlərini teleskop ilə müşahidə edirlər, onlar haqqında maraqlı məlumatlara qulaq asırlar, teleskopları idarə etmək öyrənirlər.