27 – 28 iyul keçən gecə yer planetinin ay və günəşin arasından keçməyi nəticəsində aya düşən kölgə bizim təbii peyki tünd qırmızı rənglərə boyamışdı. Müşahidə üçün astroklubun nümayəndələri öz teleskoplarını şəhərin mərkəzində quraşdıraraq həm özləri müşahidə apardılar həm də istirahətə gələn insanlar ilə maraqlı gorüntü ilə bölüşdülər.