Öz mürəkkəb və keyfiyyətli işləri ilə fərqlənən Azərbaycanlı həvəskar astronom bu dəfə “ASTROBİN” portalında “TOP PİCK” nominasiyasını əldə edib. İstifadə etdiyi avadanlıq – Takahashi FSQ-106ED teleskopu, QHYCCD 600L – rəqəmsal kamera və Skywatcher AZ-EQ6 – avtomatik dayaq, astronom saatlarla vaxt ərzində müxtəlif işıq filtrlərdən keçən təsviri kompüter vasitəsi ilə emal edib. Təsviri alınmış göy cismi isə Barnard 174 adlanır. Bu tünd dumanlıq Sefey bürcündə yerləşir, Dumanlıq əsasən hidrogendən, və buzlaşmış karbon monooksidindən ibarət olan tozdan formalaşır, görünən işıq şüası bu cismi keçə bilmir və ona görə biz belə dumanlıqları qaranlıq görürük, lakin radio və infraqırmızı teleskoplar dumanlığın arxasında yeni yaranan ulduzlar olan geniş bir sahə göstərir.