Qu quşu bürcündə, yerdən 2400 işıq ili məsafəsində yerləşən nəhəng dumanlıq 10000 il əvvəl ulduz partlamasından sonra yaranıb, uzun müddət keçdiyinə görə dumanlıq çox böyük sahəyə yayılıb və parlaqlığı zəifdir. “Veil” dumanlığı ilk dəfə 1784-cü ildə Vilyam Herşel tərəfindən müşahidə edilib, onun sahəsi o qədər böyükdür ki hissələri ayrı ayrı adlı dumanlıqları təşkil edir. Azərbaycanlı həvəskar astronom bu təsvirin alınması üçün Takahashi FSQ 106EDX apoxromatik refraktor teleskopundan, SBİG 8300M kamerasından, Hidrogen və Oksigen filtrlarından istifadə edib.