Bizim qalaktikada Təkbuynuz bürcündə yerləşən Rosette – nəhəng emissiya dumanlığıdı. Dumanlığın tərkibini əsasən ionlaşmış hidrogen təşkil edir, və burda yeni ulduzlar formalaşır. Dumanlığ yerdən təxminən 5200 işığ ili məsafəsində yerləşir və 130 işıq ili diametrindədir. Dumanlığın mərkəzində yaranan gənc və qaynar ulduzlar güclü ulduz küləyi yaradır, məhz be külək dumanlığın mərkəzindən maddəni ətrafa aparır. Qaynar ulduzlar dumanlığdaki qazı 6000 kelvin dərəcəyə qədər qızdırır, qaynar qaz isə rentgen tezliyində şualanır. Azərbaycanlı həvəskar astronom bu təsviri almaq üçün xüsusi “Ha” hidrogen filtri istifadə edib. Təsvir “Takahashi-FSQ-106” refraktor teleskopu ilə “SBİG-8300″ astronomik kameraya alınıb. Ümumilikdə hərəsi 5 dəqiqə olmaqla 20 kadr istifadə edilib. Teleskop SkyWatcher-AZ-EQ-6” avtomatik dayaq ilə idarə edilib.