Göy cismlərin təsvirini almaq elə də asan iş deyil, amma çox maraqlıdır, obyektin işıq saçmasından asılı olaraq təsvir alma texnikası çox sürətli (saniyyənin 1/120) yaxud çox uzun (dəyqələr, saatlar) olur. Bundan əlavə cismin kimyavi tərkibindən asılı olaraq fotokameraya rəngli filtrlar əlavə edilir, alınan təsvirlər kompüter vasitəsi ilə işlənildikdən sonra insan gözü ilə görsənməyən təbii möcüzələr üzə çıxır. Azərbaycanlı həvəskar astronomlar gecələr boyu çəkdikləri qalaktika, dumanlıq və ulduzların astrofotolarını təqdim edirlər.