Məşhur Aresibo rəsədxanası axır vaxtlar maliyyə çətinlikləri ilə üzləşmişdir, hətta onun bağlanma söhbətləri qəzirdi, bundan əlavə olaraq 2017-ci ilin sentyabr ayında baş vermiş “Mariya” qasırğası əsas cihazları və tikintiləri dağıdmışdı, ümumi olaraq rəsədxanaya 14 $ milyonluq ziyan dəymişdir. Milli elm fondunun yenidənqurma işlərinə artıq ümidlər qalmamışdır, lakin gözlənilməz olaraq “Mərkəzi Florida Universiteti”-nin başçılıq etdiyi konsorsium Aresibo rəsədxanasının idarə edilməsini öz üzərinə götürür. Bu 55 illik rəsədxana üçün yeni nəfəs deməkdir, xatırladaq ki 300 metrlik Aresibo radioteleskopu qəbul etmədən əlavə olaraq uzaq kosmosa radiosiqnalların ötürmə funksiyasına malikdir, və məhz bu teleskopun vasitəsi ilə 1974-cü ildə uzaq kosmosdan yeganə naməlum radiosiqnal qəbul edilmişdir. Yenidən qurma işlərindən sonra radioteleskopun qəbuledici səthində quraşdırılan sistem kosmik cismlərin araşdırmasını bir neçə dəfə sürətləndirəcək.