Göy cisimlərin müşahidəsi üçün avadanlıq icad olunan andan ikinci bir sual yaranırdı – həmin avadanlığı nəyinsə üzərinə quraşdırıb rahat müşahidə aparmaq, bu gün söhbətimiz məhz teleskopların nəyin üzərində quraşdırıb idarə edə biləciyimizdən olacaq. Əlbəttə teleskop dayaqlarının tarixi 400 ildən böyük tarixə malikdir, və ilk dayaqlar ən sadə materiallardan olmaqla yanaşı şaquli və üfüqi istiqamətlərdə teleskopu tənzimləmək imkanını verirdilər.

Lakin astronomiya elminin daha dəqiq öyrənilməsi və göy cisimlərinin hərəkətinin hesablanması göstərdi ki teleskopun şaquli və üfüqi tənzimlənməsi müşahidə üçün kifayət etmir və 1824-cü ildə alman alimi Joseph von Fraunhofer tərəfindən alman ekvatorial teleskop dayağı icad olundu. Bu dayaq artıq üç ox üzrə tənzimlənirdi və göy cisimlərinin müşahidəsi koordinatlar vasitəsi ilə yüksək dəqiqlik ilə həyata keçirdi.

Teleskop dayaqlarının növbəti mərhələsi artıq elektrik ilə bağlıdır, elektrik mühərriklərin istifadəsi artıq göy cisimlərinin daimi müşahidəsini təmin edirdi, müşahidə edən isə bir dəfə dayağı tənzimləyib daha ona toxunmurdu və vaxtını sırf olaraq müşahidə etmə ilə keçirirdi. Elektronikanın inkişafı, yeni tip mühərriklərin və onları idarə etmə sistemlərinin icad olunması 20-ci əsrin ikinci yarısından başlayaraq teleskopların artıq tam olaraq avtomatik işləmsinə gətirib çıxardı. Yeni nəsil avtomatik teleskop dayaqları göy cisimlərini artıq bir düymənin basılması ilə tapır və daimi müşahidə edir.  

Bundan sonra yeni texnologiyaların inkişafı artıq teleskop dayağının konstruksiyası və mexanikasını dayanmadan dəyişilməsinə apardı, astronomların indiyə qədər qarşılaşdığı qüsurlar mühəndislər tərəfindən qaldırılırdı, möhkəmlik və idarə olunma daimi artırdı, teleskop dayaqlarının konstruksiyası daha yığcam olurdu. Növbəti mərhələdə mərkəzi tarazlanmış və birbaşa fırlanma anını keçirən konstruksiyalı teleskop dayaqları icad olunmuşdu.  

Lakin iki istiqamətli teleskop dayaqları kənarda qalmadı, belə ki 1965-ci ildə Amerikalı həvəskar astronom John Dobson tərəfindən icad olunmuş şaquli və üfüqi oxlar ilə tənzimlənən teleskop dayağı növbəti mərhələlərdə avtomatlaşdırılıb geniş həvəskar kütləsi tərəfindən istifadə olunurdu.

Bu tipli dayaqlar əsasən ağırlıq mərkəzi aşağı hissədə olan teleskoplar yəni güzgülü reflektorlar üçün nəzərdə tutulmuşdu, və məhz reflektor teleskopların böyük ölçüdə hazırlanması imkanı olduğuna görə iki ox ətrafında tənzimlənən teleskop dayaqları dəqiq mühərriklər və idarə sistemi ilə təchiz olunub dünyanın ən böyük teleskoplarını daşımaq üçün istifadə olunur.

Nəhəng teleskoplar tonlarla ağırlığa malikdir, bunu daşıyan dayaqlar artıq xüsusi mexanika və sistemlər ilə təchiz olunur, məsələn Azərbaycanda Şamaxı rəsədxanasında yerləşən 2 metrlik teleskopun çəkisi 90 tondan çoxdur, belə ağırlığı hərəkət etdirmək və eyni anda mexanizmlərin dağılmamasını təmin etmək üçün yüksək təzyiqli hidravlik sistem istifadə olunur.